A.Prost: “F1 pis vəziyyətdə deyil”

Keçmiş Formula1 pilotu Alen Prost bildirib ki, Formula1 elə də pis vəziyyətdə deyil

F-1.az xəbər verir ki, Formula1-də turbo mühərriklər erası tənqid edilir və hətta Formula1-in rəhbəri Berni Ekklstoun da Formula1-i tənqid edir.

Amma Formula1 üzrə 4 qat Dünya Çempionu Alen Prost elə düşünmür: “Formula1 məhsul kimi o qədər də pis deyil. İnsanlar Mercedes AMG-nin hegemonluğundan şikayət edir, amma Formula1-də vəziyyət həmişə belə olub.

Jurnalistlər ortaya bir mövzu atır və onu tənqid edirlər. Təbii ki, hamının fikri fərqlidir, amma işlər o qədər də pis vəziyyətdə deyil”.

Prost yeni sıralanma turu formatı barədə də təəssüratlarını bildirib: “Yeni reqlamenti görmədən tənqid etmək istəmirəm. Ümid edirəm ki, heç bir dəyişiklik olmaz. Hamı Formula1-də dəyişiklik etmək istəyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*