K.Sayns: Poul sürpriz oldu

İspan sürücü yağışlı havada baş tutan sıralanma turunda vurduğu son dövrə ilə karyerasında ilk dəfə poulun sahibi olub.F-1.

F-1.az xəbər verir ki, Karlos bu nəticənin özü üçün sürpriz olduğunu bildirib.

Karlos Sayns: “Yağışa baxmayaraq, tribunada qaldıqları və dəstəklədikləri üçünb azarkeşlərə təşəkkür edirəm. Yaxşı dövrə vura bildim, amma trasda su çox idi və keçid təkərlərlə suyu kənara atmaq çətin idi. Belə şəraitdə səhv etmək asandır. Bundan əlavə, təkərləri ideal temeraturda saxlamaq çətin olur.

Sonda səhvsiz dövrə vura bildim. Demirəm ki, xüsusi bir şey etdim. Amma bu, mənə poulu gətirdi. Düşünürəm ki, qələbə üçün mübarizə apara biləcəyik, çünki bu həftəsonu sürətimiz yaxşıdır. Yalnız son məşqlərdə problem yaranmışdı ki, onu da həll etdik. İkinci məşqlərdəki tempimizə əsaslansaq, yerimi qorumalıyam. Şübhəsiz ki, Maks və Şarl çox təzyiq göstərəcəklər, amma əlimdən gələni edəcəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*