Monzada SF-26 tamamilə qırmızı olacaq, mühərrik örtüyündə ağ sahə olmayacaq. Gövdədəki rəqəmlər üçün Şumaxer dövrünün Ferrari-sinə istinad edən şrift seçilib, dizayna yeddi dəfə dünya çempionu olmuş pilotun imzası və burun ucunda yeddi ulduz daxil edilib.
Ferrari İtaliya Qran Prisi üçün SF-26-nın rəng çalarını təqdim edib
Ferrari komandası Monzadakı ev yarışına, Mixael Şumaxerə həsr olunmuş unikal bolid rəng çalarını anons etdikdən sonra əvvəlcə sürücülərin kombinezonlarını, bu gün isə bolidlərin özünü nümayiş etdirib.





