Şumaxerin qızı dünya çempionu olub

Mixael Şumaxerin uşaqları atalarının yaxşı idman keyfiyyətlərini daşıyırlar. Düzdür, əgər 18 yaşlı Mik avtoidmanda ilk addımlarını atırsa, yeddiqat dünya çempionunun böyük qızı Cina Mariya Şumaxer reyninqdə (at çapmağın bu növü vestern və ya kovboy yürüşü də adlanır) uğurla çıxış edir.

F-1.az xəbər verir ki, keçən həftəsonu Cina Mariya dünya çempionatında qızıl medal qazanıb. Yeri gəlmişkən, qeyd edək ki, Mixaelin həyat yoldaşı Korinna da bu idman növündə Avropa çempionu olmuşdu.

Quarter Horse cinsindən olan atla çıxış edən 20 yaşlı Cina Mariya maksimum xal toplayıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*