21 Avqust 2019, Çərşənbə - 13:37

Mercedes M.Şumaxeri cərgəsinə qatıb

Mercedes M.Şumaxeri cərgəsinə qatıb

Müəllif: Rauf Hacıyev, redaktor

17:36 - 06 Dekabr, 2016

Almaniya mətbuatında çıxan xəbərlərə əsasən, Mercedes komandası Mik Şumaxeri gənc sürücü akademiyasına qəbul edib…

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il ADAC Formula4 seriyasını 10-cu yerdə bitirmiş, bu il isə həm ADAC Formula4, həm də İtaliya Formula4 seriyasında ikinci olmuşdu.

Hazırda yeddiqat dünya çempionunun oğlu MRF Challange Formula2000 seriyasında 75 xalla liderdir və gələn il Avropa Formula3 seriyasında mübarizə aparacaq.

Almaniya mətbuatı isə xəbər verib ki, Okon və Verlyayn kimi gənc sürücüləri olan Mercedes 17 yaşlı Şumaxer ilə müqavilə bağlayıb.

Xatırladaq ki, Maks Ferstappen və Ləns Stroll Avropa F3 seriyasındakı mükəmməl performanslarından sonra Formula1-ə keçmişdilər. Mixael Şumaxerin oğlu da gələn il eyni seriyada mübarizə aparacaq. Almaniya mətbuatının verdiyi xəbərdə balaca Şumaxer Zindelfingerdə təşkil edilən tədbirə Mercedes paltarında gedib və bununla bağlı şəkil paylaşıb və əlavə edilib ki, rəsmi xəbət tezliklə veriləcək…

Mick Schumacher


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 516
Teqlər , , , , ,
Paylaş

logo