Avstraliya-2023: Yarış

Avstraliya mövsümün üçüncü yarışına ev sahibliyi edib, ilk iki yarışı dublla başa vuran Red Bull bura aşkar favorit kimi gəlib.

F-1.az xatırladır ki, ilk və üçüncü məşqlərdə Maks Ferstappen, yağışın da təsir göstərdiyi ikinci məşqlərdə isə Fernando Alonso protokollara başçılıq edib. Sıralanma turunda Maks Ferstappen karyerasında 22-ci poulu qazanaraq Fernando Alonsoya çatıb.

Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkibləri gətirib. Peres, de Friz və Sarcent sərt, Alpine və Alfa Romeo sürücüləri yumşaq, qalanları isə orta təkərlərlə start veriblər.

Yarışa ilk cərgədən Ferstappen və Rassell, ikinci cərgədən Həmilton və Alonso, üçüncü cərgədən isə Sayns və Stroll başlayıblar.

Startda Mercedes sürücüləri Maksı geridə qoyublar. Stroll Leklerin önünü bağlayıb, monakolu sürücü çınqıllığa çıxıb və yarış onun üçün başa çatıb. Okon, Çjou, Sarcent, Peres və Bottas təkərlərini dəyişiblər. 2-ci dövrədə ilk onluq: Rassell – Həmilton – Ferstappen – Sayns – Alonso – Elbon – Stroll – Qasli – Hülkenberq – Tsunoda.

Dördüncü dövrədə restart verilib, Rassell yerini qoruyub. Elbon 8-ci dövrədə qəza edib. TM yenidən trasa çıxıb, Rassell, Sayns və Maqnussen təkərlərini dəyişiblər. Bir dövrə sonra isə yarış qırmızı bayraqlarla dayandırılıb. Yarış dayandırılan zaman ilk onluq: Həmilton – Ferstappen – Alonso – Stroll – Qasli – Hülkenberq – Rassell – Tsunoda – Norris – Piastri.

Hamı yeni təkərlərə keçib. Sarcent və de Friz Medium, qalanları Hard təkərləri seçiblər. Fasilə 16 dəqiqə davam edib və yerindən start elan edilib. Həmilton yerini qoruyub, Rassell isə Hülkenberq və Strollu qabaqlayıb. Sayns isə McLaren sürücülərini geridə qoyub.

Ferstappen 13-cü dövrədə Həmiltonu ötərək liderliyi ələ alıb. Sayns Tsunoda və Hülkenberqi də ötüb. Daha sonra Strollu keçib, Peres isə Maqnusseni ötüb. Okon Çjounu keçib. Qasli Rassellə hücumlar edib.

Rassellin maşını 18-ci dövrədə alışıb və pit yolunun çıxışında dayanıb. VTM rejimi elan edilib. Restart 2 dövrə sonra verilib, düzülüş dəyişməyib. Peres Okonu qabaqlayıb, daha sonra isə Piastri və Tsunodanı geridə qoyub. Sayns Qaslini üstələyərək dördüncü yerə yüksəlib.

Okon Piastrini qabaqlayıb az sonra Tsunodanı da keçərək 10-cu yerə yüksəlib. Yapon sürücü Piastridən də geri qalıb. Növbəti dövrələrdə də sürücülər arasında mütəmadi ötmələr, yerdəyişmələr davam edib. 54-cü dövrədə Maqnussen maneəyə çırpılıb, arxa sağ təkər çıxıb və TM yenidən trasa daxil olub. Bottas, Piastri və Çjou pit-stop ediblər, bir dövrə sonra isə yenidən qırmızı bayraqlar dalğalanıb.

Sürücülər son 2 dövrə üçün Soft təkərləri seçiblər. 15 dəqiqəlik fasilədən sonra növbəti dəfə yerindən start verilib. Ferstappen yerini qoruyub. Sayns Alonsonun maşınını yerində fırladıb. Okon Qasliylə, Sarcent isə de Frizlə təmas yaşayıb və yarış hər 4 sürücü üçün başa çatıb. Stroll da çınqıllıqdan keçməli olub. Yenidən qırmızı bayraqlar görünüb. Yarış dayandırılan zaman ilk onluq: Ferstappen – Həmilton – Sayns – Hülkenberq – Tsunoda – Norris – Piastri – Çjou – Bottas – Peres.

Lakin axırıncı restartdan sonra dövrə başa çatmadığından, yarışı dayandırmış sürücülər istisna, hamı yerinə qaytarılıb. TM arxasında düzülüş: Ferstappen – Həmilton – Alonso – Sayns – Stroll – Peres – Norris – Hülkenberq – Piastri – Çjou – Tsunoda – Bottas.

Sayns Alonso ilə insidentə görə 5 saniyəlik cərimə alıb. Sürücülər TM arxasında 1 dövrə vurublar və restartdan dərhal sonra yarış başa çatıb.

Maks Ferstappen Melburnda ilk, bu mövsüm ikinci, karyerasında isə 37-ci qələbəsini qazanıb. Lyuis Həmilton ikinci olaraq mövsümdə ilk dəfə podiuma yüksəlib. Fernando Alonso isə ardıcıl üçüncü yarışı da üçüncü pillədə başa vurub.

Bizi uzun bir fasilə gözləyir, ayın sonunda isə çempionat Bakıda davam edəcək…

Yer N Sürücü Komanda Zaman Pit
1 1 Maks Ferstappen Red Bull 2:32:38.371 3
2 44 Lyuis Həmilton Mercedes + 0:00.179 3
3 14 Fernando Alonso Aston Martin + 0:00.769 3
4 18 Ləns Stroll Aston Martin + 0:03.082 3
5 11 Serxio Peres Red Bull + 0:03.320 5
6 4 Lando Norris McLaren + 0:03.701 3
7 27 Niko Hülkenberq Haas + 0:04.939 3
8 81 Oskar Piastri McLaren + 0:05.382 4
9 24 Quanyu Çjou Alfa Romeo + 0:05.713 5
10 22 Yuki Tsunoda AlphaTauri + 0:06.052 4
11 77 Valtteri Bottas Alfa Romeo + 0:06.513 6
12 55 Karlos Sayns * Ferrari + 0:06.594 4

 

* – Alonso ilə insidentə görə Saynsın nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Serxio Peres (Red Bull) – 1:20.235 (53-cü dövrə, 236.814 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Nik de Friz AlphaTauri 55 qəza
Loqan Sarcent Williams 55 qəza
Esteban Okon Alpine 55 qəza
Pyer Qasli Alpine 55 qəza
Kevin Maqnussen Haas 54 qəza
Corc Rassell Mercedes 18 güc qurğusu
Aleksander Elbon Williams 8 qəza
Şarl Lekler Ferrari 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Fertappen Oracle Red Bull Racing 69
2 11 Serxio Peres Oracle Red Bull Racing 54
3 14 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 45
4 44 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 38
5 55 Karlos Sayns Scuderia Ferrari 20
6 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 20
7 63 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 18
8 4 Lando Norris McLaren F1 Team 8
9 27 Niko Hülkenberq MoneyGram Haas F1 Team 6
10 16 Şarl Lekler Scuderia Ferrari 6
11 77 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 4
12 81 Oskar Piastri McLaren F1 Team 4
13 31 Esteban Okon BWT Alpine F1 Team 4
14 10 Pyer Qasli BWT Alpine F1 Team 4
15 24 Quanyu Çjou Alfa Romeo F1 Team Stake 2
16 22 Yuki Tsunoda Scuderia AlphaTauri 1
17 20 Kevin Maqnussen MoneyGram Haas F1 Team 1
18 23 Aleksander Elbon Williams Racing 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 123
2 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 65
3 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 56
4 Scuderia Ferrari Ferrari 26
5 McLaren F1 Team Mercedes 12
6 BWT Alpine F1 Team Renault 8
7 MoneyGram Haas F1 Team Ferrari 7
8 Alfa Romeo F1 Team Stake Ferrari 6
9 Williams Racing Mercedes 1
10 Scuderia AlphaTauri Honda RBPT 1
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*