V.Bottas: Fərqli hiss yaşadım

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, sıralanma turunda geridə qalmasının səbəbini bilmir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Qətərdəki sıralanma turunda üçüncü olub.

Valtteri Bottas: “Sıralanma turuna qədər hər şey yaxşı idi və buna dünən özümü maşında yaxşı hiss elədim. Amma gecə nə oldu bilmirəm və üçüncü sərbəst yürüşlərdə bir az fərqli hiss yaşadım. Bu gün külək fərqli yöndə əsirdi. Buna baxmayaraq, əlimdən gələni etdim, amma alınmadı.

Sıralanma turunda ilk döngədə çətinlik çəkirdim. Buna görə də təkərləri qızdırmaq çətin idi. Əlimdən gələnin ən yaxşısını etdim. Bolidin bir gecə içində bu qədər dəyişməsi məni düşündürür. Ümid edirəm ki, Maksa qarşı yaxşı yarışarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*