M.Salo: “Bottas Williams-da qalmalıdır”

Sabiq Formula1 sürücüsü Mika Salo hesab edir ki, Valtteri Bottas Williams-da qalmalıdır.

F-1.az xatırladır ki, Valtteri Bottasın adı Mercedes və Ferrari ilə hallanır, ancaq hər iki komanda da növbəti mövsümdə eyni heyətlə davam edəcək. Vəziyyət belə olan halda, Bottas Williams ilə bir il daha müqavilə uzatmalı olacaq.

Mika Salo: “O artıq heç bir yerə tələsmir. Mercedes-də, Red Bull-da və Ferrari-də yerlər doludur. Williams-dan başqa hara getmək istəyər ki? Valtteri çox güclü sürücüdür. Komanda ilə uyğunlaşması yaxşıdır. Buna görə də növbəti 10 il ərzində onu komandada saxlayacaqlarından əminəm”.

Xatırladaq ki, Bottas bu il Kanadada podiuma çıxmışdı..

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*