20 Noyabr 2019, Çərşənbə - 13:12

N.Lauda: “Rosberq Ferrari-də ikinci sürücü olacaq”

N.Lauda: “Rosberq Ferrari-də ikinci sürücü olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

18:44 - 23 May, 2016

Mercedes AMG-nin qeyri-icraçı direktoru Lauda bildirib ki, Niko Rosberq Ferrari-yə keçməyəcək…

F-1.az xatırladır ki, İspaniya QP-dən sonra belə söz-söhbətlər çıxıb ki, Rosberq 2017-ci il üçün Ferrari-yə transfer ola bilər.

İspaniyadakı mövsümiçi testlərdən sonra bu iddialar barədə danışan Rosberq, bu söz-öhbətləri nə təkzib etdi, nə də təsdiqlədi.

Ancaq Lauda düşünür ki, Rosberq Ferrari-yə getsə, Fetteldən sonra ikinci sürücü statusu alacaq: “Niko niyə 2 ildir Ferrari-də yarışan və komandanın hər şeyini bilən Fettelin yanına getsin? Belə olan halda, Rosberq ikinci sürücü olacaq”.

İtaliya mətbuatının yaydığı xəbərlərə görə, Verlyayn 2017-ci ildə Mercedes-də yarışacaq və belə olan halda ya Həmilton, ya da Rosberq komandadan getməlidir.

Rosberq üçün digər alternativ isə Formula1-də debüt etdiyi Williams komandasıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 277
Teqlər , , , , , ,
Paylaş

logo