Ferrari Genesys ilə müqavilə bağlayıb

Bu yaxınlarda iki böyük sponsoru ilə yollarını ayıran Ferrari yeni tərəfdaş tapıb.

F-1.az bildirir ki, “qırmızılar” Genesys ilə yeni sponsorluq müqaviləsi bağlayıb. Bu marka həm Formula1-də, həm də Hypercar proqramında italiyalı komanda ilə işləyəcək. Müqavilənin maliyyə tərəfləri isə bilinmir. Müqaviləyə əsasən Genesys loqotipləri Ferrari-nin bolidlərində olacaq.

Ferrari-nin idarə heyətinin rəhbəri Benedetto Vinya: “Genesys-in həm Formula1, həm də Hypercar proqramımıza qatılmasına görə sevincliyik. İki şirkət bir-birinə böyük dəyər qatacaq”.

Qeyd edək ki, Ferrari bu yaxınlarda SnapDragon və Velas kimi tərəfdaşlarını itirmişdi. Britaniya mətbuatının verdiyi xəbərə görə bu iki şirkət “qırmızlar”a illik 55 milyon dollar pul verirdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*