14 Noyabr 2019, Cümə axşamı - 19:55

S.Yohansson: “Rosberq Şumaxerin ən güclü komanda yoldaşı idi”

S.Yohansson: “Rosberq Şumaxerin ən güclü komanda yoldaşı idi”

Müəllif: Rauf Hacıyev, redaktor

20:48 - 06 Dekabr, 2016

Sabiq Formula1 sürücüsü Stefan Yohansson bildirib ki, Niko Rosberq Mixael Şumaxerin ən güclü və ən çətin komanda yoldaşı olub…

F-1.az xatırladır ki, Mixael Şumaxer 2010-2012-ci illərdə Rosberqlə birgə Mercedes-in şərəfini qorumuş və hər 3 mövsümdə də gənc komanda yoldaşından geridə qalmışdı.

Şumaxer 2012-ci ildə təqaüdə çıxmış və onun əvəzinə Lyuis Həmilton gəlmişdi. Rosberq 2016-cı ildə britaniyalını da geridə qoyaraq Formula1 karyerasının ilk Dünya Çempionu titulunu qazanmışdı.

Stefan Yohansson: “Mixael komandada olarkən, Nikonun gördüyü işlərdən danışaq. O, Mixaeli adi sürücü kimi göstərdi. Şumaxerin komanda yoldaşlarını müqayisə etsək, Barrikello və İrvayndan çox güclü idi. Çox adam Nikonun güclü olduğunu qəbul etmək istəmədi. Yaddan çıxarmayaq ki, Lyuis Həmilton Formula1 tarixinin ən çox qələbə qazanan ikinci sürücüsüdür və hər həftə onunla eyni səviyyədə yarışmaq hər sürücünün işi deyil. Rosberq iki ilə Həmiltonun sürüş tərzini başa düşdü. 2016-cı ildə fərqli strategiyadan istifadə etdi və işə yaradı. Axır ki, Dünya Çempionu oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 474
Teqlər , , , ,
Paylaş

logo