17 Noyabr 2019, Bazar - 06:30

Britaniya-2017: Bukmeyker cədvəlləri

Britaniya-2017: Bukmeyker cədvəlləri

Müəllif: Elçin Zodorov, redaktor

16:08 - 10 İyul, 2017

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, son iki yarışda podiuma yüksəlməməsinə baxmayaraq, bu dəfə də qələbəyə əsas namizəd Lyuis Həmilton göstərilir. Fettelin şansları ondan iki dəfə az qiymətləndirilir. Rəykkönenə isə artıq Red Bull sürücülərindən də az inanırlar…

Avstriya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton1.83
Sebastyan Fettel3.50
Valtteri Bottas6.00
Daniel Rikkardo, Maks Ferstappen19.00
Kimi Rəykkönen34.00

 

Fettelin çempionatda Həmiltonla xal fərqini daha da artıraraq liderliyini möhkəmləndirməsi titulun sahibi barədə proqnozlara da təsirini göstərib – bukmeykerlər artıq Lyuislə Sebastyanın çempionluq şanslarının eyni olduğunu düşünürlər. Son qələbədən sonra Valtteri Bottasa verilən əmsal isə keçən dəfəki ilə müqayisədə 3 dəfə azalıb.

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton2.00
Sebastyan Fettel2.00
Valtteri Bottas17.00
Daniel Rikkardo201.00
Kimi Rəykkönen501.00
Maks Ferstappen1001.00

 

Bir çoxları kimi, bukmeykerlər də Mercedes AMG-nin ardıcıl dördüncü dəfə Mühəndislər Kubokunu qazanacağına şübhə etmirlər…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG1.25
Ferrari3.75
Red Bull1001.00
Force İndia, Williams, McLaren, Toro Rosso, Haas, Renault, Sauber2501.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 521
Teqlər , , , , , , ,
Paylaş

logo