F.Vassyör: Monakoda yaxşı nəticə istəyirik

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Monako yarışından yaxşı nəticə gözləyir.

F-1.az xatırladır ki, Ferrari son iki ildə Monakoda poul qazansa da, bunu qələbəyə çevirə bilməyib. Lekler 2021-ci ildə sıralanma turunda qəza etmiş və buna görə yarışda starta çıxa bilməmişdi. 2022-ci ildə isə yenə poul qazanan Şarl bu dəfə komandasının səhv strategiyasına görə yarışı 4-cü yerdə bitirmişdi.

Frederik Vassyör: “Yenidən yrışmağa hazırıq. Bu dəfə Şarlın ev trası Monte Karlodayıq. Buna görə həm onun üçün, həm də bütün komanda üçün xüsusi yarış olacaq. Şarl və Karlos ilə bu çətin trasda uğur qazanmaq üçün mümkün olduğu qədər yaxşı hazırlaşıblar.

Hər iki sürücümüz də bu trası sevirlər. Şarl iki ildir burada poul qazanır. Karlos da Ferrari-yə gələndn sonra hər il Monakoda podiuma yüksəlib. Bu həftəsonu İtaliyaya yaxşı nəticə ilə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Ferrari Monakoda son qələbəsini 2017-ci ildə Sebastyan Fettellə qazanıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*