K.Rəykkönen məyusdur

Kimi Rəykkönen yaxşı keçirdiyi həftəsonunu 5-ci yerdə tamamladığı üçün məyus olub...

F-1.az xatırladır ki, Rəykkönen sıralanma turunda 3-cü yeri tutsa da, maşınında ötürmələr qutusu dəyişdirildiyi üçün yarışa 8-ci yerdən başlamalı olub. Finlandiyalı yarışın ilk hissəsində Peres və Rikkardonun arxasında ilişərək, vaxt itirib və yarışın sonunda isə dövrəvi sürücülərin trafikinə düşüb.

Finlandiyalı sürücü hesab edir ki, növbəti podiumu əldən verib və buna görə də məyus olub: “Yaxşı start ala bilmədim və rəqiblərimin arxasında qaldım. Onların arxasında çox vaxt itirdim. Onları yaxından izləmək və hücum etmək çətin idi. Amma yarış ərzində boliddən razı qaldım.

Bu gün bolidimiz doğrudan da sürətli idi və daha yaxşı nəticələr ala bilərdik. Bu məni məyus edir. Xüsusən də, trafikdə çox vaxt itirdik. Bu yarış bizim üçün yaxşı idi və daha sürətli idik. Amma heyif ki, bunu nəticəyə əks etdirə bilmədik. Bu nəticə Formula1-də mükəmməl deyil”.

Rəykkönen düşünür ki, bəzi sürücülər mavi bayraqlara məhəl qoymur: “Hər yarışda demək olar ki, eyni şeylər olur. Yaxşı, onları başa düşürəm. Öz aralarında da mübarizə aparırlar. Amma liderlərin keçməsinə icazə vermək elə də çətin deyil. Vaxt itirsəniz də, bu yarışın bir hissəsidir. Bu cür traslarda trafik sizə çox təsir edir. Bəziləri yoldan tez çəkilir. Bəziləri isə heç çəkilmir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*