S.Peres: Ferrari-dən bunu gözləyirdik

Red Bull komandasının sürücüsü Serxio Peres Ferrari-dən bu performansı gözləyirmiş.

F-1.az xatırladır ki, son iki mövsümdə Bakıda podium qazanmış Serxio Peres builki sıralanma turunda Lekler və Ferstappenin gerisində üçüncü olub. Ancaq Ferrari-nin Bakıdakı sıralanma tempi çox yaxşı olub. Lakin meksikalı buna təəccüblənmir.

Serxio Peres: “Birinci sessiyada çıxan qırmızı bayraqlara görə sessiya çətin keçdi. Daha sonra birinci sessiyada daha çox təkər işlətməmək üçün eyni dəstdən istifadə etdik. Çox məşq edə bilmədik və səhv etmədən sessiyanı bağlamaq çətin idi. Buna baxmayaraq, komandalar yaxşı işlədilər.

Üçüncü yerdə olduğum üçün bir az məyusam, çünki poul qazanmaq üçün performansım yaxşı idi. Dövrəm yaxşı deyildi. Amma Bakı əsl yarışa biləcəyimiz trasdır.

Ferrari-nin çox güclü olacağını bilirdik. Şarl çox gözəl dövrə vurdu”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*