S.Peres: Əlimdən gələni edəcəm

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, ən yaxşı nəticə üçün mübarizə aparacaq.

F-1.az xatırladır ki, meksikalı sürücü hazırda Leklerlə ikinci yer uğrunda mübarizə aparır.

Serxio Peres: “Son yarışlarda qələbə üçün hər şeyə sahibik. Sürücülər və Mühəndislər kubokunu təmin etmişik və indi də Sürücülər Çempionatında ilk iki yeri istəyirik. Bu həftəsonu ərzində bütün sessiyalardan ən yaxşı nəticəni almağa çalışacam.

Sprint yarışı vacib xallar qazanmaq üçün əlavə fürsətdir. Buna görə də sərbəst yürüşlərdə plana görə hərəkət etməliyik. Bunu etsək, hər şey mümkündür. Tempimizi davam etdirmək istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*