M.Ferstappen ilk gündən razıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen boliddən razı qalıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü Kanadada cümə günü ən sürətli pilot olub.

Maks Ferstappen: “Çox gözəl gün idi. Bolid trasa çıxan kimi əla işlədi. Təbii ki, bolidin inkişaf potensialı var, amma həftəsonuna əla başladıq.

Yarış tempində güclüyük. Tras hələ də təkərlər və əyləclər üçün problemlidir. Buna görə də inkişaf etməliyik. Bunlara baxmyaraq, yarış üçün güclü maşınımız var. Görək sıralanma turunda nə edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*