Belçika-2022: Sıralanma turu

Buradakı son 7 yarışın 6-da pouldan başlayan sürücü qalib gəlsə də, sıralanma turu böyük əhəmiyyət kəsb etmir. Spa-da ötmələr asan olduğundan, bir çox komanda motor cəzası üçün məhz buranı seçib.

F-1.az xatırladır ki, dünənki sərbəst yürüşlərdə əvvəlcə Karlos Sayns, daha sonra isə Maks Ferstappen hamıdan sürətli olub. Bu gün isə Serxio Peres protokollara başçılıq edib.

Sessiyadan əvvəl baş tutan Porsche Supercup yarışında zədələnən bariyerin düzəldilməsi ilə əlaqədar sessiya 25 dəqiqə gec başlayıb.

İlk sessiyada sürücülərin əksəriyyəti bir təkərlə cəmi 1 sürətli dövrə vurublar. Təkərləri çətin qızdıran Mercedes sürücüləri isə ardıcıl dövrələr atıblar. Maks ilk cəhdində 1:44.581-lik dövrə vurub. Red Bull və Ferrari sürücüləri ikinci cəhdlərinə çıxmayıblar. Onun nəticəsi ən sürətli olaraq qalıb. Bottas, Tsunoda, Maqnussen, Latifi və Fettel mübarizəni erkən dayandırıb.

İkinci Sessiyada da Maksın ilk cəhdindəki nəticəsinə Peres istisna olmaqla, bütün pilotlar yarım saniyədən çox uduzublar. Red Bull sürücüləri ikinci cəhdlərindən imitna ediblər, Lekler isə Ferstappeni cüzi fərqlə üstələyib. İlk onluğa düşməyən sürücülər Şumaxer, Stroll, Çjou, Qasli və Rikkardo olublar.

Son sessiyada Lekler ilk cəhdinə yeni təkərlə çıxdığını düşünsə də, məlum olub ki, onun maşınına işlənmiş dəts taxılıb. Buna görə komanda Şarldan üzr istəyib. Ferstappen həftəsonunun ən yaxşı nəticəsinə imza atıb – 1:43.665. Sabah motor cəzasına görə mövqe itirəcəkləri üçün Ferstappen və Norris ikinci cəhdlərinə çıxmayıblar. Lekler komanda yoldaşına hava boşluğu yaratmaq üçün boksdan ayrılıb. Ferstappenin sürətli dövrəsi keçilməz olub. Peres və Sayns nəticələrini yaxşılaşdıra bilməyiblər, lakin ilk cəhddə ikinci olan Sayns sabah yarışa ən öndən başlamağa haqq qazanıb.

Sıralanma turunun qalibi Maks Ferstappen olub, lakin sabahkı yarışa pouldan Karlos Sayns başlayacaq. Onun yanından Serxio Peres start alacaq. İkinci cərgədə Fernando Alonso və Lyuis Həmilton, üçüncü cərgədə isə Corc Rassell və Aleksander Elbon qərarlaşıb.

Bizi sabah çox maraqlı Belçika Qran Prisi gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 1 1:44.581 3 2 1:44.723 3 1:43.665 3
2 55 Karlos Sayns Ferrari 2 1:45.050 3 4 1:45.418 5 1:44.297 6
3 11 Serxio Peres Red Bull 3 1:45.377 3 3 1:44.794 3 1:44.462 6
4 16 Şarl Lekler Ferrari 4 1:45.572 4 1 1:44.551 6 1:44.553 4
5 31 Esteban Okon Alpine 9 1:46.039 5 7 1:45.475 5 1:45.180 5
6 14 Fernando Alonso Alpine 10 1:46.075 5 8 1:45.552 6 1:45.368 5
7 44 Lyuis Həmilton Mercedes 7 1:45.736 8 5 1:45.420 6 1:45.503 6
8 63 Corc Rassell Mercedes 5 1:45.650 8 6 1:45.461 6 1:45.776 6
9 23 Aleksander Elbon Williams 6 1:45.672 6 10 1:45.675 6 1:45.837 6
10 4 Lando Norris McLaren 8 1:45.745 6 9 1:45.603 5 1:46.178 3
11 3 Daniel Rikkardo McLaren 13 1:46.212 6 11 1:45.767 3
12 10 Pyer Qasli AlphaTauri 12 1:46.183 6 12 1:45.827 6
13 24 Quanyu Çjou Alfa Romeo 11 1:46.178 6 13 1:46.085 6
14 18 Ləns Stroll Aston Martin 14 1:46.256 6 14 1:46.611 6
15 47 Mik Şumaxer Haas 15 1:46.342 8 15 1:47.718 5
16 5 Sebastyan Fettel Aston Martin 16 1:46.344 6
17 6 Nikolas Latifi Williams 17 1:46.401 7
18 20 Kevin Maqnussen Haas 18 1:46.557 6
19 22 Yuki Tsunoda AlphaTauri 19 1:46.692 6
20 77 Valtteri Bottas Alfa Romeo 20 1:47.866 5
, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*