Rəsmən: Elbon və Qaslinin yerləri dəyişdirilib

Red Bull komandası radikal qərarla Pyer Qaslini göndərərək, əvəzinə Aleksander Elbonu gətirib.

F-1.az xatırladır ki, bu il Red Bull karyerasına başlayan Qasli istənilən performansı göstərə bilməyib və ən yaxşı nəticəsi Britaniya Qran Prisindəki dördüncülük olub. Fransalı sürücü komanda yoldaşı Maks Ferstappendən 113 xal geri qalır. 23 yaşlı pilotun zəif performansından bezən Red Bull rəhbərliyi onu yenidən keçənilki komandası Toro Rosso-ya qaytarıb və əvəzinə bu il idmanda debüt edən Aleksander Elbonu gətirib. Britaniyalı sürücü mövsümöncəsi qış testlərində yaxşı performans göstərmiş və mövsüm ərzində özünü təkmilləşdirmişdi. Qasli bu il özü ilə eyni talehi bölüşən Kvyatla komanda yoldaşı olacaq.

Red Bull komandası bu barədə belə açıqlama verib: “Elbon artıq Maksın komanda yoldaşıdır və Qasli Red Bull-un qardaş komandası olan Toro Rosso-ya qayıdır. Red Bull-un 4 istedadlı sürücüsü var və komanda Ferstappenin gələnilki komanda yoldaşının kim olacağına qərar vermək istəyir. Növbəti doqquz yarışda bu, təhlil ediləcək. Komanda Aleksə kömək etmək üçün səbirsizliklə Belçika yarışını gözləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*