Bəhreyn-2021: Sıralanma turu

İlk yarışın sıralanma turu komandaların mövsümə hazırlığının nəticələrini göstərən bir güzgüdür. Bugünkü təsnifat mərhəsində bir çox proqnoz özünü doğruldum lakin gözlənilməyən sürprizlər də olub.

F-1.az xatırladır ki, cümə günü və bu gün baş tutan hər üç sərbəst yürüşdə Maks Ferstappen bütün rəqiblərindən üstün olub. Red Bull-un testlərdəki üstünlüyü məşqlərdə də davam edib və hamı sıralanma turunda sabiq dünya çempionunun uğurunu davam etdirib-etdirməyəcəyini səbirsizliklə gözləyib.

Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 təkərlərini gətirib. Tərkiblər arasındakı fərq kifayətq qədər byük olub. Üç sürücü – Tsunoda, Şumaxer və Mazepin ilk dəfə Formula1-də sıralanma turunda iştirak ediblər.

İlk Sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Mazepin yerində fırlanıb və təkərlərini dəyişmək üçün boksa yollanıb. Verstappen ilk cəhddə hamını üstələyib – 1:30.499. Tsunoda isə gözlənilmədən ikinci nəticəni göstərib. AlphaTauri pilotları və Maks ikinci cəhdlərindən imtina ediblər. Lakin Mazepin ilk sektorda yenə yerində fırlanıb və buna görə dalğalanan sarı bayraqlar bir çox sürücüyə mane olub.

Saynsın maşını ikinci sektorda güc itirib, lakin boksa qayıda bilib. Ferstappenin nəticəsini heç kim üstələyə bilməyib. Okon, Latifi, Fettel, Şumaxer və Mazepin üçün mübarizə başa çatıb.

İkinci Sessiyada Red Bull, Mercedes, AlphaTauri və McLaren sürücüləri sabah fərqli strategiya seçmək üçün Medium təkərlərlə boksları tərk ediblər. Peres və Rikkardo dördüncü döngədə trasdan tam çıxdıqları üçün nəticələri ləğv edilib. Həmilton ilk cəhddə ən sürətli olub. İkinci cəhdlərdə isə Ferrari sürücüləri ilk iki yeri tutublar, Sayns protokollara başçılıq edib – 1:30.009. Peres, Covinatsi, Tsunoda, Rəykkönen və Rassell ilk onluğa düşə bilməyiblər.

Son Sessiyada gözlənildiyi kimi, hamı Soft təkərlərlə mübarizəyə qoşulub, Lekler, Alonso və Stroll ilk cəhdlərindən imtina ediblər. Ən yaxşı nəticəni Verstappen göstərib. Niderlandlı sürücü ikinci cəhdindən bütün sektorlar üzrə ən yaxşı nəticəni göstərərək Həmiltonu 0.388 saniyə üstələyərək sabahkı yarışa birinci yerdən başlamaq haqqını qazanıb.

Beləliklə, Maks Ferstappen karyerasında dördüncü poulunu qazanıb, bu, həm də Maksın ardıcıl ikinci analoji uğurudur. Lyuis Həmilton ikinci olub və sabahkı yarışa ilk cərgədən başlayacaq. İkinci cərgəni Valttero Bottas və Şarl Lekler, üçüncü cərgəni isə Pyer Qasli və Daniel Rikkardo tutublar.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 33 Maks Ferstappen Red Bull 1 1:30.499 3 7 1:30.318 6 1:28.997 6
2 44 Lyuis Həmilton Mercedes AMG 3 1:30.617 6 3 1:30.085 6 1:29.385 6
3 77 Valtteri Bottas Mercedes AMG 11 1:31.200 5 5 1:30.186 6 1:29.586 6
4 16 Şarl Lekler Ferrari 4 1:30.691 6 2 1:30.010 6 1:29.678 3
5 10 Pyer Qasli AlphaTauri 6 1:30.848 3 8 1:30.513 6 1:29.809 6
6 3 Daniel Rikkardo McLaren 5 1:30.795 6 6 1:30.222 6 1:29.927 6
7 4 Lando Norris McLaren 8 1:30.902 6 4 1:30.099 6 1:29.974 6
8 55 Karlos Sayns Ferrari 15 1:31.653 5 1 1:30.009 6 1:30.215 6
9 14 Fernando Alonso Alpine 7 1:30.863 6 9 1:30.595 6 1:30.249 3
10 18 Ləns Stroll Aston Martin 12 1:31.261 6 10 1:30.624 6 1:30.601 3
11 11 Serxio Peres Red Bull 10 1:31.165 5 11 1:30.659 6
12 99 Antonio Covinatsi Alfa Romeo 9 1:30.998 6 12 1:30.708 6
13 22 Yuki Tsunoda AlphaTauri 2 1:30.607 3 13 1:31.203 6
14 7 Kimi Rəykkönen Alfa Romeo 14 1:31.547 6 14 1:31.238 6
15 63 Corc Rassell Williams 13 1:31.316 8 15 1:33.430 3
16 31 Esteban Okon Alpine 16 1:31.724 6
17 6 Nikolas Latifi Williams 17 1:31.936 8
18 5 Sebastyan Fettel Aston Martin 18 1:32.056 6
19 47 Mik Şumaxer Haas 19 1:32.449 6
20 9 Nikita Mazepin Haas 20 1:33.273 7
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*