P.Qasli: “Nəticə inanılmazdır”

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, aldığı nəticəyə görə təəccüblüdür.

F-1.az xatırladır ki, fransalı sürücü Bəhreyndə sıralanma turunda 1:29.329 zaman nəticəsi ilə 6-cı olub. Amma Həmiltonun cəzasına görə yarışa 5-ci yerdən start verəcək.

Pyer Qasli: “Buna inana bilmirəm. Gözlənilməz nəticədir. Bolid həftəsonu başlayandan çox güclü idi. Potensialımız olsa da, bu nəticə təəccüblüdür. Altıncı yer inanılmazdır. Sürətimizin səbəbini bilmək üçün məlumatlara baxmalıyıq.

Yarış tempində təkər yeyilməsi çox deyil. Amma enerjiyə qənaət cəhətdən problemlərimiz ola bilər. İlk xalımızı almaq üçün əla fürsətimiz var. Ümid edirəm ki, yenidən bacararıq. Bunun üçün şansımız var. Keçən il mənim üçün yaxşı deyildi. Komandada heç kimi tanımırdım. Ancaq artıq hazıram və daha rahatam. Toro Rosso və Honda əla iş görürlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*