İtaliya-2020: Yarış

İtaliya Qran Prisi bu ilin 8-ci, "Təhlükəsiz Yarışlar" adı altında keçirilən sonuncu yarışdır. Artıq Mucellodakı mübarizəni məhdud sayda tamaşaçı tribunadan izləyə biləcək.

F-1.az xatırladır ki, cümə günü baş tutan sərbəst yürüşlərdə səhər Bottas nahardan sonra isə Həmilton hamıdan sürətli olublar. Dünənki son məşqlərdə Bottas bir daha protokollara başçılıq edib. “Bayram rejimi” artıq qadağan edilsə də, sıralanma turunda Mercedes-ə təsir etməyib – Həmilton növbəti poulunu əldə edib, Bottas isə ikinci yeri tutub. Mercedes sürücüləri rəqiblərini böyük fərqlə üstələyiblər.

Startda ilk cərgəni Mercedes sürücüləri, ikinci cərgəni Sayns və Peres, üçüncü cərgəni isə Ferstappen və Norris tutublar.

Pirelli Montsaya bir çox yarışda olduğu kimi, orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Rəykkönen, Maqnussen, Qrojan, Covinatsi, Rassell və Latifi Medium, Kvyat və Fettel Hard, digər sürücülər isə Soft-larla yarışa başlayıblar.

Həmilton startda yerini qoruyub, Sayns Bottası üstələyib. Valtterini bir qədər sonra Norris, Peres və Rikkardo da keçiblər. Elbonla Qasli təmas yaşayıblar. Maqnussen pit-stopa yollanıb. Ferstappen də startda yer itirən sürücülərədn olub. 2-ci dövrədən sonra ilk onluq: Həmilton – Sayns – Norris – Peres – Rikkardo – Bottas – Stroll – Ferstappen – Okon – Qasli.

Ferstappen Strolldan yerini geri alıb. Rassellin Fettelə hücumu müsbət nəticələnib. Lakin alman sürücü əyləclərdəki problemə görə ilk döngəni dönə bilməyib və boksa qayıdıb. Mübarizə onun üçün başa çatıb. Elbona Qrojana yer qoymadığı üçün 5 saniyə cəzası verilib.

Latifi 17-ci, Lekler 18-ci, Rəykkönen isə 19-cu dövrədə pit-stop ediblər. Bir dövrə sonra isə Maqnussen maşınını yolun kənarında saxlamalı olub.Əvvəlcə Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib və Qasli təkərlərini dəyişib. Bir qədər sonra isə əsl TM trasa daxil olub. Həmilton və Covinatsi dərhal pit-stopa yollanıblar, lakin həmin vaxt pit yoluna giriş qadağan olub, çünki Maqnussenin maşınının boksa çatdırılması tamamlanmayıb.

Pit yolu 22-ci dövrədə açılıb. Strolldan başqa hamı pit-stop edib. Restart bir dövrə sonra verilib və Həmilton yenə də liderliyini qoruyub. Lekler Rəykköneni, Bottas isə Latifini qabaqlayıb. 24-cü dövrədən sonra ilk onluq: Həmilton – Stroll – Qasli – Lekler – Rəykkönen – Covinatsi – Sayns – Norris – Bottas – Latifi.

Lekler 25-ci dövrədə Parabolikada səhvə yol verərək ciddi qəza edib və TM yenidən trasa daxil olub. Şarl maşını özü tərk edə bilsə də, müayinə üçün tibbi mərkəzə göndərilib. Lakin sürücünün səhhətində heç bir problemin olmadığı aydınlaşıb. Beləliklə, Ferrari 999-cu yarışını finiş görmədən tamamlamalı olub.

Yarış 26-cı dövrədə qırmızı bayraqlarla dayandırılıb. Həm maşının təxliyə olunması, həm də bariyerlərin düzəldilməsi üçün bu addım atılıb. Hamı pit yoluna qayıdıb və maşınları tərk edib. Stüardlar Covinatsi və Həmiltona 10 saniyə Stop&Go cəzası veriblər.

Fasilə 28 dəqiqə davam edib. Sürücülər TM arxasında start düzlüyünə gəliblər və restart üçün işarəni gözləyiblər. Restartdan əvvəl ilk onluq: Həmilton – Stroll – Qasli – Rəykkönen – Covinatsi – Sayns – Norris – Bottas – Latifi – Rikkardo.

Həmilton yenə birinciliyini əldən verməyib, Stroll isə beşinci yerə qədər geriləyib. Lyuis cəzasını ödəmək üçün bir dövrə sonra pit yoluna yönəlib və liderdən 30 saniyə geridə trasa qayıdıb. Qasli liderliyi ələ alıb. Covinatsi isə daha 2 dövrə sonra cəzasını çəkib.

Ferstappen də texniki problemlərə görə mübarizədən çəkilmək qərarına gəlib. Sayns, Stroll və Norris Rəykköneni ötüblər. Bottas da həmyerlisini 37-ci dövrədə üstələyib. Həmilton 40-cı dövrədə rəqiblərinə çatıb, Elbon, Rassell və Qrojanı keçib. Rəykkönen Okon və Kvyata da uduzub, Həmiltonun növbəti “qurbanı” isə Latifi olub.

Finlandiyalı veteran sürücünü Pereslə Həmilton da keçiblər, Lyuis Peresi, bir qədər sonra da Kvyatı üstələyərək 8-ci yerə çatıb. Qalan vaxt çempionatın liderinə Okonu da üstələmək imkanını verib, sürətli dövrənin sahibi olması da zərəri minimuma endirməsində köməklik döstərib.

Sayns son dövrələrdə Qasliyə yaxınlaşaraq hücumlara cəhd etsə də, fransız sürücü əlinə düşmüş qələbə şansını itirmək istəməyib və müdafiə olunmağı bacarıb.

Beləliklə, Pyer Qasli karyerasında ilk qələbəsini əldə edib. Bu, həm də komanda üçün 2008-ci ildən bəri ilk zəfərdir – düz 12 il əvvəl Fettel məhz burada komandaya ilk qələbəni bəxş etmişdi. Qasli həm də ikinci podiumunu əldə edib. Maraqlıdır ki, ikinci Karlos Sayns və üçüncü Ləns Stroll da karyeralarında ikinci dəfə podiuma yüksəliblər.

Pyer Qasli Formula1 tarixində qalib gəlmiş 109-cu sürücüdür. O, eyni zamanda Olivye Panisdən (1996-Monako) sonra bu uğuru əldə etmiş ilk fransız pilotdur.

Bizi gələn həftə Mucelloda daha bir maraqlı yarış gözləyir – italyan trası ilk dəfə Formula1-ə ev sahibliyi edəcək!

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 10 Pyer Qasli AlphaTauri 1:47:06.056 2
2 55 Karlos Sayns McLaren + 0:00.415 2
3 18 Ləns Stroll Racing Point + 0:03.358 1
4 4 Lando Norris McLaren + 0:06.000 2
5 77 Valtteri Bottas Mercedes + 0:07.108 2
6 3 Daniel Rikkardo Renault + 0:08.391 2
7 44 Lyuis Həmilton Mercedes + 0:17.245 3
8 31 Esteban Okon Renault + 0:18.691 2
9 26 Daniil Kvyat AlphaTauri + 0:22.208 2
10 11 Serxio Peres Racing Point + 0:23.224 2
11 6 Nikolas Latifi Williams + 0:32.876 2
12 8 Roman Qrojan Haas + 0:35.164 2
13 7 Kimi Rəykkönen Alfa Romeo + 0:36.312 2
14 63 Corc Rassell Williams + 0:36.593 2
15 23 Aleksander Elbon Red Bull + 0:37.533 2
16 99 Antonio Covinatsi Alfa Romeo + 0:55.199 3

 

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:22.746 (44-cü dövrə, 252.033 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Maks Ferstappen Red Bull 31 mexaniki problem
Şarl Lekler Ferrari 25 qəza
Kevin Maqnussen Haas 19 mexaniki problem
Sebastyan Fettel Ferrari 7 əyləc

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 164
2 77 Valtteri Bottas Mercedes AMG Petronas 117
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 110
4 18 Ləns Stroll BWT Racing Point F1 Team 57
5 4 Lando Norris McLaren F1 Team 57
6 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 48
7 16 Şarl Lekler Scuderia Ferrari 45
8 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 43
9 55 Karlos Sayns McLaren F1 Team 41
10 3 Daniel Rikkardo Renault DP World F1 Team 41
11 11 Serxio Peres BWT Racing Point F1 Team 34
12 31 Esteban Okon Renault DP World F1 Team 30
13 5 Sebastyan Fettel Scuderia Ferrari 16
14 27 Niko Hülkenberq BWT Racing Point F1 Team 6
15 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 4
16 99 Antonio Covinatsi Alfa Romeo Racing 2
17 20 Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 281
2 Aston Martin Red Bull Racing Honda 158
3 McLaren F1 Team Renault 98
4 BWT Racing Point F1 Team Mercedes 82
5 Renault DP World F1 Team Renault 71
6 Scuderia Ferrari Ferrari 61
7 Scuderia AlphaTauri Honda Honda 47
8 Alfa Romeo Racing Ferrari 2
8 Haas F1 Team Ferrari 1
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*