Əbu Dabi-2022: Yarış

Mövsümün sürücülər çempionatında və Mühəndislər Kubokunda qalibi əvvəldən məlum olsa da, hər iki cəbhədə ikinci yerin taleyinə Yas Marinada aydınlıq gəlib.

Şarl Lekler və Serxio Pereslə yanaşı, Ferrari və Mercedes üçün də bu yarış xüsusi əhəmiyyət daşıyıb.

F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Lyuis Həmilton, ikinci məşqlərdə isə Maks Ferstappen protokollara başçılıq edib. Dünən isə baş tutan yeganə məşqlərin ən sürətlisi isə Serxio Peres olub. Sıralanma turunda Maks Ferstappen mövsümdə 7-ci poulunu əldə edib.

Pirelli buraya Hard, Medium və Soft rolunda yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Qasli yumşaq, Bottas və Maqnussen sərt, qalan bütün sürücülər isə orta təkərlərlə başlayıblar.

Yarışa ilk cərgədən Red Bull, ikinci cərgədən Ferrari, üçüncü cərgədən isə Mercedes sürücüləri başlayıblar.

Startda Ferstappen liderliyini qoruyub. Həmilton Saynsdan önə keçib, Karlos əks-hücuma keçib və Lyuisi trasdan çıxarıb. Norris və Okon Rasselli qabaqlayıblar. Bottas sonuncu yerə düşüb. 2-ci dövrədə ilk onluq: Ferstappen – Peres – Lekler – Həmilton – Sayns – Norris – Rassell – Okon – Fettel – Alonso.

Həmilton yerini komandanın istəyi ilə geri qaytarıb, lakin hücum edərək yenidən onu ötüb. Şumaxer Qaslini üstələyib, Sayns yenidən yerini Həmiltondan alıb. Okon Fettelə keçilsə də, əks hücumu uğurlu olub.

Həmilton güc qurğusundan şikayətlənib, Rassell onu arxada qoyub. Bottas Latifini keçib. 13-cü dövrədən etibarən Elbon, Stroll, Okon, Tsunoda, Şumaxer, Qasli, Peres, Çjou və Rassell təkərlərini dəyişiblər. Corcun pit-stopu ləngiyib və Norrisin qarşısında təhlükəli şəkildə trasa buraxılıb. Buna görə sürücüyə 5 saniyəlik cəza verilib.

18-ci dövrədə Sayns, 19-da Həmilton, 20-də Alonso və Rikkardo, 21-də Ferstappen, 22-də isə Lekler pit-stopda olub. Şarl Karlosun önündə trasa qayıdıb, lakin ispan sürücü  komanda yoldaşına hücum etməyib. Alonso Tsunoda və Bottası keçib, Yuki yerini qaytara bilib. Çjou Maqnusseni geridə qoyub.

Alonso yenidən Tsunodanı ötüb. Fettel də pit-stopda ləngidilib. Alonso 28-ci dövrədə nasazlığa görə boksa gəlib və yarışı yarımçıq saxlayıb. Fettel Maqnussen və Qaslini üstələyib. 29-cu dövrədə Maqnussen, 31-də Bottas, 34-də Peres, 35-də Şumaxer və 36-da Albon təkərlərini dəyişib.

39-cu dövrədə Şumaxerin Latifiyə hücumu hər iki sürücünün yerində fırlanması ilə nəticələnib. Mikə buna görə 5 saniyə cəza verilib. Sayns, Rassell, Stroll, Okon və Norris növbəti dəfə pit-stopa dəvət ediliblər. Fettel Çjounu keçərək 10-cu yerə qalxıb. Serxio ilk cəhdində tam nail olmasa da, 46-cı dövrədə ikinci cəhdində Lyuisi arxada qoyub və üçüncü yerə qalxıb. 48-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Peres – Həmilton – Sayns – Rassell – Norris – Okon – Rikkardo – Fettel.

Daha təzə təkərlərdə olan Peres sürətlə Leklerə yaxınlaşıb. Stroll Lekleri qabaqlayıb, daha sonra da Rikkardo alman sürücünü geridə qoyub. Həmilton ötürmələr qutusundakı problemə görə 55-ci dövrədə yarışdan çəkilib. Latifi də son dövrədə yarışı yarımçıq qoyub.

Maks Ferstappen mövsümdə 15-ci qələbəsini qazanaraq özünəxas rekordu daha da inkişaf etdirib. Bu, niderlandlı sürücünün karyerasında 35-ci zəfərdir. Şarl Lekler həm yarışı, həm də mövsümü ikinci sırada tamamlayıb. Serxio Peres isə son dövrələrdə ona çata bilməyib və mövsümü üçüncü yerdə nöqtələyib. Ferrari Mühəndislər Kubokunda mövsümü Mercedes-in önündə başa vurub.

Yarış Sebastyan Fettel üçün karyerasında sonuncu olub.

2023-cü il mövsümünün başlamasına 105 gün var. Bəhreyndəki ilk yarışa qədər vaxt çox tez keçəcək!

Пилот Команда Время Пит
1 1 Maks Ferstappen Red Bull 1:27:45.914 1
2 16 Şarl Lekler Ferrari +8.771 1
3 11 Serxio Peres Red Bull +10.093 2
4 55 Karlos Sayns Ferrari +24.892 2
5 63 Corc Rassell Mercedes +35.888 2
6 4 Lando Norris McLaren +56.234 2
7 31 Esteban Okon Alpine +57.240 2
8 18 Ləns Stroll Aston Martin +76.931 2
9 3 Daniel Rikkardo McLaren +83.268 1
10 5 Sebastyan Fettel Aston Martin +83.898 1
11 22 Yuki Tsunoda AlphaTauri +89.371 2
12 24 Quanyu Çjou Alfa Romeo +1 круг 2
13 23 Aleksander Elbon Williams +1 круг 2
14 10 Pyer Qasli AlphaTauri +1 круг 1
15 77 Valtteri Bottas Alfa Romeo +1 круг 1
16 47 Mik Şumaxer Haas +1 круг 2
17 20 Kevin Maqnussen Haas +1 круг 1

 

Sürətli dövrə: Lando Norris (McLaren) – 1:28.391 (44-cü dövrə, 215.085 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Nikolas Latifi Williams 58 mexaniki problem
Lyuis Həmilton Mercedes 55 ötürmələr qutusu
Fernando Alonso Alpine 28 mexaniki problem

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 454
2 16 Şarl Lekler Scuderia Ferrari 308
3 11 Serxio Peres Red Bull Racing 305
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 275
5 55 Karlos Sayns Scuderia Ferrari 246
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 240
7 4 Lando Norris McLaren Racing 122
8 31 Esteban Okon Alpine F1 Team 92
9 14 Fernando Alonso Alpine F1 Team 81
10 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 49
11 3 Daniel Rikkardo McLaren Racing 37
12 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 37
13 20 Kevin Maqnussen Haas F1 Team 25
14 10 Pyer Qasli Scuderia AlphaTauri 23
15 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 18
16 47 Mik Şumaxer Haas F1 Team 12
17 22 Yuki Tsunoda Scuderia AlphaTauri 12
18 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 6
19 23 Aleksander Elbon Williams Racing 4
20 6 Nikolas Latifi Williams Racing 2
21 34 Nik de Vriz Williams Racing 2

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 759
2 Scuderia Ferrari Ferrari 554
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 515
4 Alpine F1 Team Renault 173
5 McLaren F1 Team Mercedes 159
6 Alfa Romeo F1 Team ORLEN Ferrari 55
7 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 55
8 Haas F1 Team Ferrari 37
9 Scuderia AlphaTauri Red Bull 35
10  Williams Racing Mercedes 8
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*