D.Rikkardo: “Ferrari-yə yaxınıq”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Ferrari-yə çox yaxındırlar.

F-1.az xatırladır ki, yerli qəhrəman Avstraliya yarışına 8-ci yerdən başlasa da, finişə 4-cü yerdə çatıb.

Daniel Rikkardo: “Kimini keçmək üçün hər şey etdim. Amma alınmadı. Burada ötmə etməyin çətin olduğunu bilirdik. Yenə də əlimdən gələni etdim. Ən sürətli dövrəni vurduğum üçün çox xoşbəxtəm. Növbəti həftələr üçün gözəl xəbərdir. Məncə, Ferrari ilə aramızda fərq yoxdur. Yarış tempimiz yaxşıdır. Sıralanma turunda bir az da sürətlənsək, daha yaxşı nəticələr ala bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*