San Pauluda kuboklar nümayiş olunub

San Paulu Qran Prisinin təşkilatçıları Braziliya mərhələsinin qalibi və mükafatçılarının alacağı kubokları təqdim ediblər. Formula1 tarixində ilk dəfə kubok 3D printerdə çap olunub.

Kubokun müəllifləri – braziliyalı dizaynerlər Fabio Kastellotti, Fernando Lambyazi və Qabriel Şolab əsas kimi V10 mühərrikinin buraxılış kollektoru, Sennanın “S” hərfini və damalı bayraqdan istifadə ediblər.

Tamamilə titandan hazırlanan kubokun istehsalına xüsusi printerin 90 saatlıq işi və təxminən 200 min Braziliya realı sərf olunub.