M.Binotto: “Hər iki sürücü günahkardır”

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, qəzada hər iki sürücü də günahkardır.

F-1.az xatırladır ki, Ferrari sürücüləri Braziliya yarışında 4-cü yer uğrunda mübarizə apararkən təmas yaşayıblar və nəticədə mübarizəni dayandırmalı olublar.

Mattia Binotto: “Komandaya görə məyusam, məyusuq. Sürücülər də komandaya görə məyus olmalıdırlar. Onlara mübarizə aparmağa icazə verdik. Komanda Mühəndislər Kubokunda ikinciliyi təmin etdiyi üçün onların mübarizəsinə icazə verdik. Amma demədik ki, gedin qəza edin. Bu hal iki Ferrari arasında yaşanmamalı idi. Qəza əsl axmaqlıqdır. Qəzanı təhlil etmək üçün vaxtımız var. Hadisə yeni yaşanıb və hər şey isti ikən bunu etmək istəmirik. Çünki səhv qərarlar verə bilərik. Sürücülərlə danışdım və bu barədə heç nə deməyəcəm.

İki sürücü qəza edirsə, ikisində də günah var. Amma dediyim kimi indi mühakimə etmək istəmirəm. Qəza barədə fikirlərimi deməyəcəm. Belə axmaqlıq bir daha olmamalıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*