Stefano Domenikali Mercedes-i qələbə münasibətilə təbrik edib

Formula1-in rəhbəri Stefano Domenikali Mühəndislər Kubokuda qələbə münasibətilə Mercedes komandasını və onun rəhbəri Toto Volffu təbrik edib…

Stefano Domenikali: “Mercedes-dəki hər kəsi Mühəndislər Kubokunda qələbə münasibətilə ürəkdən təbrik edirəm. Formula1-də qələbə heç vaxt bir nəfərin əməyinin nəticəsi olmur – bu, trasda və bazada eyni məqsəd naminə çalışan yüzlərlə insanın qeyri-adi istedadının, sarsılmaz qətiyyətinin və ortaq inamının bəhrəsi olub. Bu komandanın hər bir əməkdaşı əldə etdikləri ilə inanılmaz dərəcədə fəxr edə bilər.

Bundan başqa, bu məqam idmanımızın tarixində xüsusi yer tutub. Mühəndislər Kubokunda doqquzuncu qələbəsini qazanan yaxın dostum Toto Volff əfsanəvi ser Frənk Uilyamsın göstəricisinə çatıb. Formula1-in əsl əfsanələrindən biri olan Frənklə tarixi salnamələrdə eyni pilləni bölüşmək görkəmli nailiyyət və Totonun liderlik keyfiyyətlərinin, uzaqgörənliyinin və uzun illər boyu mükəmməlliyə can atmasının inandırıcı sübutu olub.

Kimi Antonellinin ən gənc dünya çempionu olduğu mövsümdə Mühəndislər Kubokuda qələbə qazanılması 2026-cı ili Mercedes və Formula1 üçün unudulmaz edib. İdmanımızın mahiyyəti də məhz bundadır – böyük xəyallar qurmaq, sərhədləri genişləndirmək və istedadlı insanların vahid məqsəd ətrafında birləşəndə nələrə nail ola bildiyini sübut etmək. Mercedes Formula1 tarixinə yeni, möhtəşəm bir səhifə yazaraq zirvəyə qayıdıb”.

, ,