FİA-da rəhbərlik üçün yaş məhdudiyyəti ləğv olunacaq

Altı ay əvvəl FİA prezidenti Muhəmməd ben Sulayem Baş Assambleyanın səsverməsi ilə federasiyanın nizamnaməsini dəyişdirib, bir nəfər üçün prezidentlik müddətlərinin sayına qoyulan məhdudiyyəti ləğv edib və qeyri-məhdud sayda yenidən seçilməyə icazə verib.

İndi isə Sulayem FİA-da rəhbər vəzifə tutan şəxslər üçün yaş məhdudiyyətinin ləğv olunmasına çağırıb. Səsvermə dekabrda FİA-nın Baş Assambleyasında keçiriləcək və bu təklifin qəbul olunacağına heç bir şübhə yoxdur.

Tənqidçilər bildirirlər ki, Sulayemin bu addımı özünə FİA prezidenti vəzifəsində ömürlük qalmaq imkanı yaratmağa yönəlib.

Yaş məhdudiyyəti Sulayemin ilk prezidentlik dönəmində tətbiq olunub. Bu, Devid Riçardsın 2025-ci il prezident seçkisində namizədliyini irəli sürməsinin qarşısını almaq üçün hesablanmış taktiki gediş olub.