Sulayem: Sayns prezident olmağın nə demək olduğunu anlamır

Ötən il rallidə ikiqat dünya çempionu və Dakar rallireydinin dördqat qalibi Karlos Sayns-ata FİA prezidentliyinə namizəd olmağa hazırlaşırdı, lakin sonradan bu ideyadan imtina etdi. Səbəblərdən biri də FİA-nın onun namizədliyinin irəli sürülməsini mümkünsüz etməsi idi.

Bu yaxınlarda İspaniyanın AS nəşrinin müxbiri FİA prezidenti Muhamməd Ben Sulayemə Saynsın namizədliyi barədə nə düşündüyünü soruşub…

Muhamməd Ben Sulayem: “Karlos Sayns mənim yaxşı dostumdur, amma düşünmürəm ki, o, bu işin xüsusiyyətlərini anlayır. O, FİA-nı və idmanı yaxşı tanıyır, lakin beynəlxalq federasiyada prezident postu yalnız idmandan ibarət deyil. Bu, iş dünyası ilə, dünyanın hər yerindən federasiyanın 245 üzvü ilə görüşlər deməkdir. Bu, ilin 365 günü fasiləsiz davam edən və qarşılığında heç nə almadığınız bir işdir.

Namizədliyimi irəli sürməzdən əvvəl mən öz ölkəmin federasiyasında on il çalışmışdım və gecə-gündüz davam edən bu işin nə qədər çətin olduğunu bilirdim”.

,