FİA-nın iclası başa çatıb

Londonda FİA-nın iclası olub və bəzi məsələlərə aydınlıq gəlib

Londonda FİA-nın mənzil qərargahında gərgin müzakirələr gedib. Deyilənlərə görə, əsas Maykl Masinin işindən azad olunması məsələsində ciddi fikir ayrılığı var – FİA və Toto Volff onun getməsini, FOM və digər F1 komandalarının başçıları isə avstraliyalı mütəxəssisin qalmasını istəyirlər.

FİA-nın iclası başa çatıb və bəzi xəbərlər var

1. Başlayaq elə Masi məsələsindən: yeni prezident ben Sulayem də Masinin tərəfini tutub, ona görə də yekun qərar qəbul olunmayıb, böyük ehtimalla Masi postunda qalacaq, amma ona köməkçilər təyin olunacaq

2. Keçən il Belçika yarışından sonra qət olunan məsafəyə görə, xalların hesablanması sisteminə dəyişiklik edilib. Belə ki:

a) əgər lider SC və ya VSC olmadan 2 dövrə qət etməyibsə, onda heç kimə xal verilmir

b) əgər lider 2 dövrədən çox, amma ümumi məsafənin 25%-dən az dövrə qət edibsə, onda ilk beşliyə 6-4-3-2-1 xal verilir 

c) əgər lider ümumi məsafənin 25%-dən çox, amma 50%-dən aza dövrə qət edərsə, onda ilk doqquzluğa  13-10-8-6-5-4-3-2-1 xal verilir

d) əgər lideri ümumi məsafənin 50%-dən çox, amma 75%-dən az dövrə qət edibsə, onda ilk onluğa 19-14-12-9-8-6-5-3-2-1 xal verilir

e) əgər lider ümumi məsafənin 75-dən çox dövrəsini qət edərsə, onda ilk onluğa tam xallar verilir

3. Bu il Sprint (keçən il sprint kvalifikasiya adlanırdı, indi sadəcə sprint adlanacaq) yarışların yerini təyin edib: İmola, Şpilberq və İnterlaqos. Sprintin sonunda ilk 8 sürücü 8-7-6-5-4-3-2-1 xal qazanacaq

4. Sprint olan həftəsonlarında poulun sahibi cümə sıralanma turunun qalibi hesab olunacaq (keçən il sprintin qalibi hesab olunurdu)

5. Yuxarıdakı bütün dəyişiklikləri FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası təsdiq eləməlidir (adi formal bir bənd)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*