Bu açıqlamaya FİA-nın rəsmi reaksiyası barədə yazmışdıq. Argentinaya səfəri zamanı federasiya prezidentinə qərəzliliklə bağlı sual da ünvanlanıb.
Muhəmməd ben Sulayem: “Bəziləri hesab edirlər ki, biz argentinalılara qarşıyıq, digərləri isə britaniyalılara qarşı olduğumuzu düşünür. Bilirsiniz, mən bununla bağlı araşdırma aparacağam. Özüm Kolapintoya zəng edib fikrini soruşacağam. Onun nə deyəcəyini eşitmək istəyirəm.
FİA-nın missiyası ədalətdir. Biz ixtisasartırma kursları keçiririk. Milli federasiyalardan bizə təlim keçə biləcəyimiz insanların adlarını təqdim etmələrini xahiş etmişik, çünki yarışlarda stüardların rotasiyasını təmin etmək istəyirik.
Biz sosial şəbəkələrdə istənilən təqib hallarını pisləyirik. Bu, sürücülərə, jurnalistlərə, rəsmi şəxslərə, bir çoxumuza qarşı yönəlir. Təxminən iki il əvvəl demişdim ki, əgər bununla bağlı heç nə etməsəm, idmanımıza düzəldilməsi mümkün olmayan zərər dəyəcək.
Düşmənçiliyin 70 faizi Şimali və Cənubi Amerikadan, təxminən 18 faizi isə Avropadan gəlir.
Yadımdadır, iki il əvvəl Mayamidə problem yaşamışdıq. İrqi ayrı-seçkilik məsələləri ilə məşğul olan əməkdaşlarımızdan biri ispaniyalı idi. O və ailəsi ölüm təhdidləri aldı və o, məktub göndərərək bildirdi: “Artıq bəsdir, mən buna daha dözə bilmirəm”. Məhz bundan sonra biz internetdə nifrətə qarşı alyansı yaratdıq.
Hökumətlər, assosiasiyalar, media – hamımız birlikdə çıxış edirik. İndi bu hərəkat sürət yığır. Komandalar da qoşulur. Bu, marafondur. Mən bunu təkbaşına edə bilmərəm. FİA bunu təkbaşına edə bilməz. Bu, kollektiv səydir”.





