J.Todt və B.Ekklstoun Razılıq Müqaviləsini müzakirə edəcəklər

Formula1 üzrə 2013-cü il dünya çempionatının başlamasına artıq bir aydan da az vaxt qalır, amma komandaların, FİA-nın və FOM-un hüquq […]

Formula1 üzrə 2013-cü il dünya çempionatının başlamasına artıq bir aydan da az vaxt qalır, amma komandaların, FİA-nın və FOM-un hüquq və öhdəliklərini müəyyən edən Razılıq Müqaviləsi hələ də imzalanmayıb. Keçən ya Ekklstoun bildirmişdi ki, mövsümü bu sənədsiz də keçirmək olar. Almaniyanın Auto Motor und Sport həftəliyinin jurnalistləri bu yanaşmada Berninin xeyrini araşdrıblar…

Bir tərəfdən, nə qədər Razılıq Müqaviləsi imzalanmayıb CVC Capital Partners sərmayə fondu Ekklstounun xidmətlərindən imtina etməyəcək – komandalarla müqavilə yoxdur, təcrübə isə göstərir ki, komandaların öhdəsindən yalnız Berni gələ bilər.

İkinci səbəb – Formula1-in gəlirlərindən FİA-nın daha çox pay qoparmaq arzusu. 2013-cü ildə komandalar FİA-ya 13 milyon dollar ödəyəcəklər, Ekklstounun strukturu isə 25 milyon dollar. Jan Todt federasiyaya bu qədər gəlir gətirməsini növbəti prezident seçkilərində öz xeyrinə yönəldə bilər.

Sabah Jan Todtun Berni Ekklstounla görüşü planlaşdırılıb, görüş zamanı mübahisəli məsələlər və Razılıq Müqaviləsinin imzalanma variantları müzakirə olunacaq…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*