23 Avqust 2019, Cümə - 13:19

V.Malyanın hesabları həbs oluna bilər

V.Malyanın hesabları həbs oluna bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:57 - 16 Fevral, 2013

Biz artıq xəbər vermişdik ki, Vicey Malyaya məxsus olan Kingfisher Airlines aviaşirkəti ciddi maliyyə çətinlikləri ilə üzləşib. Yanvarın ortalarında şirkətin […]

Biz artıq xəbər vermişdik ki, Vicey Malyaya məxsus olan Kingfisher Airlines aviaşirkəti ciddi maliyyə çətinlikləri ilə üzləşib. Yanvarın ortalarında şirkətin rəhbərliyi Hinditsanın mülki aviasiya idarəsinə büdcə və böhrandan çıxma planı təqdim edə bilməmişdi, amma bu cür xəbərlərdən sonra Malya həmişə deyirdi ki, onun Formula1 komandası digər aktvilərin hesabına maliyyələşir və onun gələcəyinə təhlükə yoxdur.

Deyəsən, vəziyyət lap çətinləşib. Pitpass yazır ki, Kingfisher Airlines-a kreditlər ayırmış banklar tərəfindən qaldırılmış məhkəmə iddiaları çərçivəsində Malyaya məxsus olan digər müəssisələrin hesabları həbs oluna bilər – hesablarda olan vəsaitlər borcların ödənilməsinə yönəldiləcək: borclar isə 1.5 milyard dolları keçib.

Keçən ilin ortalarında Force İndia komandasının digər həmsahibi də ciddi maliyyə çətinlikləri ilə üzləşmişdi – Hindistanın Ali Məhkəməsi Sahara konsernini məcbur etmişdi ki, xırda sərmayədarlara 3 milyard dollar ödəsin.

Bu yaxınlarda Berni Ekklstoun Financial Times-a müsahibəsində bildirmişdi ki, çempionatın 11 komandasından heç birinin ciddi maliyyə problemi yoxdur – keçən ilin sonunda HRT komandası kimi heç bir komanda çempionatı tərk edəcək dərəcədə deyil. Amma aşkardır ki, Force İndia-nın müəyyən problemləri var…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 365
Teqlər , , , , , , ,
Paylaş

logo