B.Ekklstoun: Fettel qayıtmayacaq

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Fettelin idmana qayıdacağına inanmır.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2022-ci ilin sonunda idmandan getmişdi. Lakin daha əvvəl Niki Lauda, Mixael Şumaxer, Fernando Alonso, Kimi Rəykkönen və Niko Hülkenberq də idmandan getsələr də, sonradan qayıtmışdılar.

Berni Ekklstoun: “Mən şəxsən onun qayıdacağına inanmıram. Formula1-lə yollarını tamamilə ayırdı. Burada dörd titul qazanaraq, əlindən gələni etdi. Artıq yeddi titul qazanmağı mümkünsüzdür, çünki qocalıb.

Fettel karyerasını bitirərək düzgün addım atdı. O çempiondur və qələbə qazanacaq maşını yoxdursa, vaxtını boşa xərcləməməlidir.

Onunla yaxşı münasibətim var və dostuq. Formula1-ə gələndən onunla dostam. Sebastyan hər şeyi ciddiyə alır və uduzmağı sevmir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*