S.Fettel: “Son 17 həftə çətin idi”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, son 17 həftə onlarçün çətin keçib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Kanadada son cəhdində poul qazanıb. Bu, 32 yaşlı sürücünün builki birinci pouludur.

Sebastyan Fettel: “Hazırda adrenalinlə doluyam. Boliddə özümü getdikcə daha yaxşı hiss etdim. Asfaltla ilişməni hiss edə bilirdim. Daha sonra poul üçün trasa çıxdım. Həzz aldığım dövrələrdən biri idi. Çox xoşbəxtəm. Son 17 həftə bizimçün çətin keçdi. Soft təkərlərlə yarış tempinsə güclü deyildik. Medium təkərlərlə növbəti sessiyaya çıxa bildik. Beləliklə, Soft təkərlərdən canımızı qurtardıq. Ümid edirəm ki, tempimizi yarışa da əks etdirərik. Mercedes sürətli olacaq, amma əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*