Mercedes HyperSoft problemini həll edib?

Mercedes komandasının sürücüse Lyuis Həmilton bildirib ki, HyperSoft təkərlərlə bağlı problemləri həll ediblər.

F-1.az xatırladır ki, almaniyalı komanda Monakoda HyperSoft təkərləri işlətməkdə çətinlik çəkmişdi.

Lyuis Həmilton: “Monakodakı problem tək səfərlik idi. Təkərlərin niyə işləmədiyini anladıq və böyük dəyişikliklər etdik. Buna görə Kanadada problem gözləmirik. Bundan başqa HyperSoft təkərlər digər təkərlərə nisbətən tələbkardır. Bunu artıq bilirik. Bu trasda təkərləri qızdırmaq çətindir. Ən yaxşı nəticəni almağa çalışacağıq. Monako isə böyük xəta idi. Daha yaxşı iş görə bilərdik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*