12 Dekabr 2018, Çərşənbə - 07:00

L.Həmilton ikinci mühərriyə keçib

L.Həmilton ikinci mühərriyə keçib

Müəllif: Rauf Hacıyev, redaktor

13:32 - 16 Aprel, 2016

Lyuis Həmilton sıralanma turundakı problemə görə bu mövsümdə ikinci mühərriyinə keçib.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda ERS probleminə görə sürətli dövrə ata bilməyib və seansı vaxtından əvvəl dayandırıb.

Mercedes AMG komandası MGU-H generatorunda problem olduğunu bildirib və sabah Həmilton yarışa yeni güc qurğusu ilə başlayacaq.

Lyuis Həmilton sabahkı yarışa peletonun sonundan başlayacaq Britaniyalı sürücü yaşadığı problemə görə məyus olduğunu deyib: “Bu gün sıralanma turuna çıxa bilmədiyim üçün məyusam. Onsuz da startda 5 yer itirmək cəzasına görə həftəsonu mənim üçün pis başlamışdı.

İşimiz çətin olacaq. Elə bil palçığa düşmüşük və yolu qazaraq özümüzə çıxış yeri açmalıyıq.

Bolidimiz yaxşıdır və komanda yaxşı işlər görür. Çox sahələrdə inkişaf edə bilərik və hələ mövsümün əvvəlindəyik və bilirəm ki, sonda istədiyimiz yerdə olacayıq. Heç kim təslim olmayıb”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 268
Teqlər , ,
Paylaş

logo