M.Ferstappen: Həmilton mübarizə görməyib

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Lyuis Həmilton son illərdə heç kimlə çempionluq uğrunda mübarizə aparmayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü sonuncu dəfə 2016-cı ildə komanda yoldaşı Rosberqlə son yarışa qədər çempionluq uğrunda mübarizə aparmış və məğlub olmuşdu.

Maks Ferstappen: “Lyuis son illərdə çempionluq uğrunda mübarizə aparmadı. Sebastyan Fettellə də apardığı mübarizəni saymıram. Hər nəysə. Əsas mən sürətli olmalı və mübarizə aparmalıyam. Mercedes-i təzyiq altında saxlasaq, səhv edəcəklər.

Lyuis demək olar ki, bütün komanda yoldaşlarını məğlub edib. Bua görə də güclü sürücüdür. Ancaq Mercedes son illərdə elə güclü idi ki, onun tək rəqibi komanda yoldaşı idi. Eyni hal Ferrari-nin qızıl dövrlərində də olmuşdu. Ümid edirəm ki, bu il biz qalib olarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*