L.Həmilton ən çox qazanan 10-cu idmançıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Forbes jurnalının hazırladığı 100 nəfərlik siyahıda ən çox pul qazanan 10-cu idmançı olub.

F-1.az xatırladır ki, Lyuis Həmilton Mercedes komandasından 38 milyon dollar maaş və 8 milyon dollar bonus alır. Ferrari komandasının sürücüsü Sebastyan Fettel isə 38 milyon dollar maaş, 500 min dollar bonusla siyahıda 14-cw olub. McLaren komandasının sürücüsü Fernando Alonso isə 34 milyon dollar məvacib və 2 milyon dollar bonusla 20-ci yeri tutub.

Dünyanın ən çox pul qazanan idmançısı isə Real Madrid komandasının qoleadoru Kriştianu Ronaldudur. Portuqaliyalı ulduz ilə 93 milyon dollar pul qazanır. İkinci yerdə NBA-in tanınmış ulduzu Lebron Ceyms (86.2 milyon dollar), üçüncü yerdə Barselona-nın argentinalı ulduzu Lionel Messi (80 milyon dollar), dördüncü yerdə ən titullu tennisçi Rocer Federer (64 milyon dollar), beşinci yerdə isə basketbolçu Kevin Durant (60.6 milyon dollar) qərarlaşıb.

, , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*