M.Arrivabene: “Mercedes-dən 0.1 saniyə geridəyik”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Mercedes builki 3 yarışın hamısını qazansa da, onların aralarındaki fərq sadəcə 0.1 saniyədir.

F-1.az xatırladır ki, Ferrari komandası builki hər 3 yarışda problemlərlə üzləşib, buna görə də italyanların real gücünü hələ də bilmək olmur.

Mauritsio Arrivabene: “Sıralanma turunda hədəfimiz poul ola bilərdi. Apardığımız hesablamalara görə, Mercedes-dən cəmi 0.1 saniyə geridəyik. Bu fərqi sürücülər sıfıra endirə bilərdilər, amma bu mümkün olmadı.

Sıralanma turunda səhvlər etdik, amma yarışda da səhvlər oldu. Seb gözəl bir hərəkət etdi. Pit girişində iki rəqibini birdən ötdü. Bu isə onun maaşının niyə Saynsdan çox olduğunu göstərən amildir”.

Arrivabene bildirib ki, onlar birdən-birə güclənmənin cəzasını etibarlılıq problemi ilə çəkirlər: “Bolidimiz çox güclüdür. Keçən il 2016-cı il barədə planlar apardığımızda, iki seçimimiz var idi: etibarlılıq və güc.

Biz Mercedes ilə fərqi bağlamağı seçdik. Buna görə də ikinci yolu seçdik. Mercedes isə onsuz da güclü olduğu üçün etibarlılıq variantını seçib. Sözün açığı təmiz güc əldə etmək üçün riskə getdik”.

Arrivabene qeyd edib ki, onlar böyük yeniliklərdənsə, kiçik yeniliklər seçəcəklər: “Soçi üçün yeniliklər olacaq, amma elə də böyük yeniliklər yox. Biz artıq uzun müddətdir ki, addım-adıım inkişaf etməyi seçmişik. Çünki mövsümə yeni layihə ilə başlayırıqsa, sonraki yarışlara böyük yeniliklər gətirməyin mənası yoxdur.

Yavaş-yavaş işləməli, bolidi öyrənməli və inkişaf edə biləcəyimiz sahələrdə inkişaf etməliyik. Böyük yeniliklərin riskləri də çoxdur.

Mühərriyin inkişafı ilə bağlı eyni fəlsəfəni seçmişik. Təbii ki, inkişaf etmək üçün haqlarımızdan istifadə edəcəyik, amma az-az istifadə edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*