Avstraliya-2018: Üçüncü sərbəst yürüşlər

Bugünkü məşqlər nəm trasda baş tutub. Şənbə və bazar günləri Melburnda güclü yağıntı gözlənilmədiyindən, belə şəraitdə məşqlər komandalar üçün böyük əhəmiyyət kəsb etməyib. Digər tərəfdən, iştirakçılar yeni yağış təkərlərini normal şərtlərdə sınaqdan keçirmək üçün fürsət əldə ediblər.

F-1.az bildirir ki, sürücülər ilk 20 dəqiqədə yağış təkərləri ilə dövrələr vurublar, lakin çox aktiv olmayıblar. Trasın vəziyyəti düzəldikcə, onlar da yağış təkərlərini keçid təkərlərinə dəyişiblər. Həmilton trasa olduqca gec çıxıb. Sükanda problem yaranıb və yenisi ilə əvəzlənib.

Ciddi problemlə üzləşən daha bir sürücü Stroll olub. Mexaniklər onun maşınının ötürmələr qutusu üzərində sessiyanın startından etibarən işləyiblər, kanadalı sürücü yalnız sona 17 dəqiqə qalmış boksu tərk edə bilib.

Son dövrələrdə trayektoriya o qədər quruyub ki, bəzi sürücülər sliklərə keçiblər. Fettel Ferstappenin nəticəsini üstələyərək liderliyə yüksəlib. Rəykkönen ikinci, Eriksson isə üçüncü nəticəni göstərib.

Bu sessiya qüvvələr nisbəti barədə heç nə deməyib. Bakı vaxtı ilə saat 10:00-da bizi olduqca maraqlı sıralanma turu gözləyir.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:26.067 15
2 7 Kimi Rəykkönen Ferrari 1:28.499 + 0:02.432 13
3 9 Markus Eriksson Sauber 1:28.890 + 0:02.823 14
4 33 Maks Ferstappen Red Bull 1:31.680 + 0:05.613 8
5 55 Karlos Sayns Renault 1:33.172 + 0:07.105 11
6 3 Daniel Rikkardo Red Bull 1:34.043 + 0:07.976 14
7 77 Valtteri Bottas Mercedes AMG 1:34.174 + 0:08.107 14
8 44 Lyuis Həmilton Mercedes AMG 1:34.225 + 0:08.158 7
9 2 Stoffel Vandorn McLaren 1:34.233 + 0:08.166 15
10 14 Fernando Alonso McLaren 1:34.298 + 0:08.231 13
11 10 Pyer Qasli Toro Rosso 1:34.990 + 0:08.923 16
12 28 Brendon Hartli Toro Rosso 1:35.438 + 0:09.371 16
13 35 Sergey Sirotkin Williams 1:35.589 + 0:09.522 16
14 18 Ləns Stroll Williams 1:35.828 + 0:09.761 8
15 8 Roman Qrojan Haas 1:36.171 + 0:010.104 6
16 16 Şarl Lekler Sauber 1:36.448 + 0:010.381 12
17 20 Kevin Maqnussen Haas 1:36.807 + 0:010.740 7
18 27 Niko Hülkenberq Renault 1:38.482 + 0:012.415 8
19 31 Esteban Okon Force İndia 1
20 11 Serxio Peres Force İndia 1
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*