12 Dekabr 2018, Çərşənbə - 07:25

C.Haas: “Qrojan getmək istəsə, mane olmaram”

C.Haas: “Qrojan getmək istəsə, mane olmaram”

Müəllif: Rauf Hacıyev, redaktor

08:34 - 26 Aprel, 2016

Haas komandasının sahibi Cin Haas bildirib ki, Roman Qrojan böyük komandalardan birinə getmək istəsə, onlar fransalıya mane olmayacaqlar…

F-1.az xatırladır ki, Roman Qrojan bu il Haas komandasına transfer olub və mütəxəssislər bunu Ferrari-yə keçmək üçün atılan addım kimi dəyərləndirirlər.

Cin Hass bildirib ki, Qrojan getmək istəsə, ona mane olmayacaqlar: “Əgər sürücü istəksizdirsə, onu komandada saxlamağın mənası yoxdur. Roman hazırda burada xoşbəxtdir, amma onu güclü komandalardan biri istəsə və müqaviləni pozmaq üçün qoyulmuş məbləği ödəsə, bunu qəbul etməmək axmaqlıq olar.

Roman yaxşı adamdır. Əgər onun çempionluq mübarizəsi vermək şansı varsa, buna mane ola bilmərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 504
Teqlər , , ,
Paylaş

logo