Lando Norris: “Cümə günü üçün proqnoz normal hava vəd edir, şənbə günü yağış gözlənilir, bazar günü isə aralıq bir hava olacaq. Yəqin ki, bu uik-enddə ən müxtəlif şəraitlərdə işləməli olacağıq. Maşının yaş trasda özünü necə apardığını bilmirəm, bu barədə zərrə qədər təsəvvürüm yoxdur, amma belə hiss var ki, son bir neçə uik-enddə geri qalmağımızı bir qədər azalda bilmişik.
Bu, tamam başqa tras-dir, onun bizim maşına uyğun gəlib-gəlmədiyini hələ anlamalıyıq. Amma son həftələrin tempini qoruya bilsək, havadan asılı olmayaraq yaxşı nəticəyə ümid edə bilərik.
Mənə İnterlaqosda çıxış etmək həmişə xoş gəlib və düşünürəm ki, Meksikadan sonra nikbinlik üçün əsasımız var. Bir neçə yenilik gətirmişik və bəzi irəliləyişlərə nail ola biləcəyimizə inanırıq. Ümid edirəm ki, bu, düzgün istiqamətdə atılmış daha bir addım olacaq.
Bunun bizim maşını idarə etməyi asanlaşdırıb-asanlaşdırmayacağını bilmirəm. Ola bilsin ki, idarəetməni daha da çətinləşdirsin, amma gözləyirəm ki, maşın daha səmərəli və daha sürətli olsun”





