Hülkenberq: San Paulu – xüsusi enerjiyə malikdir

Niko Hülkenberq sevdiyi traslardan birində keçiriləcək San Paulu Qran Prisini nikbinliklə gözləyir…

Niko Hülkenberq: “Meksikadakı uik-end çətin alınıb, amma komanda üçün pis başa çatmayıb – Qabriel xal qazanıb. Uik-end ərzində üzləşdiyi bütün çətinlikləri nəzərə alsaq, nəticə elə də pis deyil.

Amma indi bütün diqqətimizi bu mərhələyə yönəltmişik və ümid edirəm ki, burada yaranacaq fürsətlərdən maksimum istifadə etmək istəyirik. Mənə həmişə San Pauluya gəlmək xoş olub, bu, doğrudan da əfsanəvi trasdır, xüsusi enerjisi olan, mütləq görülməli məkandır.

Buradakı azarkeşlər həqiqətən bənzərsizdir. Yadımdadır, 2024-cü ildə şənbə günü güclü tufan qopmuşdu, sıralanma turunu keçirmək mümkün olmamışdı və sessiya bazar səhərinə təxirə salınmışdı. Biz səhər saat 6:30-da trasa çıxanda isə mənzərə sadəcə inanılmaz idi – minlərlə və minlərlə tamaşaçı növbədə dayanmışdı. Bu, onların yarışlara necə böyük sevgi və ehtirasla yanaşdıqlarını göstərirdi. Bunu burada hiss etmək çox gözəldir.

Tras kifayət qədər qısadır, amma çətindir, burada uzun döngəlar çoxdur və belə döngələrdə balansla bağlı problemlər dərhal üzə çıxır. Mən burada həmişə yaxşı çıxış etmişəm, ümid edirəm ki, bu uik-enddə də yaxşı nəticə göstərəcəyəm”.