Alonso: Son yarışlarda biz aşkar şəkildə sürətlənmişik

Keçən həftə Fernando Alonso Mexikoda cəmi beş dövrə vurub, lakin İnterlaqosda həftəsonuna başlamazdan əvvəl nikbin əhvali-ruhiyyədədir…

Fernando Alonso: “Braziliyadakı bu trasla bağlı ən xoş xatirələrim var. Son illərdə İnterlaqosdakı mərhələlər şənbə sprinti formatında keçirilib, indi isə biz ənənəvi formata qayıtmışıq, məşqlər və maşının sazlanması üçün daha çox vaxtımız olacaq. Görək, bundan nə alınacaq.

Son yarışlarda açıq-aşkar inkişaf etmişik. Sepanqda hər şey pis getməyib, Sinqapurda daha çətin olub, amma yenə də mövsümün ilk yarısı ilə müqayisədə daha yaxşı olub. Ostində bütün uik-end ərzində pis görünməmişik, hətta yarış zamanı maşının zədələnməsini də nəzərə alsaq. Meksikada sürət baxımından pis görünməmişik, amma etibarlılıqla bağlı problemlər yaranıb.

Ümid edirəm ki, burada hər şeyi qaydasına salacağıq, üstəlik, bu trasda hər şey daha asan olmalıdır, o cümlədən dəniz səviyyəsindən hündürlüyün daha az olması və digər amillər səbəbindən. Əgər maşın döngə-larda da eyni dərəcədə effektiv olsa, ümid edirəm ki, yaxşı uik-end keçirə biləcəyik və daha da vacibi, yarışı finişə çatdıracağıq.

Yaxşı nəticə nə deməkdir? Mövsümün bu mərhələsində, maşınlar texniki xüsusiyyətlər və yeniliklər baxımından sabit olanda, 12-ci yerdən 14-cü yerə qədər olan mövqeləri hədəf götürmək olar. Əgər məşqlərdə bu mövqelər ətrafında olsaq və oradan start alsaq, xal qazana bilərik”.