F.Alonso Haas yolundadır?

İspaniyanın Diario Gol nəşri Haas-ın ikiqat Dünya Çempionu Alonso ilə maraqlandığını iddia edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2015-ci ildə McLaren-ə qayıtdıqdan sonra podiuma yüksələ bilməyib. Amma Fernando bu il ilk iki yarışdan xalla ayrıla bilib və turnir cədvəlində 4-cü yerdədir. Amma bütün bunlara baxmayaraq, McLaren-in performansı növbəti dəfə gözləntilərin altında qalıb. Buna görə də Alonsonun ilin sonunda komandadan ayrılacağı ilə bağlı iddialar artır. İspaniya mətbuatı isə xəbər verir ki, McLaren 36 yaşlı sürücü ilə artıq işləmək istəmir.

Xatırladaq ki, McLaren tərəfdaşı Honda-dan ayrıldığı üçün illik 100 milyon avro gəlirdən olub və buna görə də Alonsoya 40 milyon avro maaş ödəyə bilmir. Amma əksər komandalar Fernandonu transfer etmək istəyirlər. Bu komandalardan ən sürprizi isə Haas-dır. İspaniya mətbuatının xəbərinə əsasən, Amerika təmsilçisi 36 yaşlı sürücünü Qrojanın yerinə transfer etmək istəyir.

İddialara əsasən, əgər Alonso gələn il Haas komandası ilə müqavilə bağlasa, İndy500 və Daytonada rahatlıqla yarışa biləcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*