Nikola Tsolov Meksikadakı məşqdə Lousonu əvəz edəcək

Red Bull gənclər proqramının üzvü və Formula2-də çempionluğa namizəd Nikola Tsolov Formula1-də rəsmi yarış həftəsonu çərçivəsində debüt edəcək.

İlk sərbəst yürüşdə bolqarıstanlı sürücü Liam Lousonun maşınını idarə edəcək. İkinci sessiyada yenizelandiyalı yenidən sükan arxasına qayıdacaq və yarış həftəsonunu davam etdirəcək.

Hesab olunur ki, Racing Bulls-da 2027-ci ildə komandanın əsas sürücüsünün kim olacağı ilə bağlı seçim Louson və Tsolov arasında gedir, buna görə də qarşıdakı məşq sessiyası Nikola üçün xüsusi əhəmiyyət daşıyıb.

Nikola Tsolov: “Meksikada ilk sərbəst yürüşdə iştirak etmək imkanı yaratdığı üçün Racing Bulls-a böyük təşəkkürümü bildirmək istəyirəm.

Avqustda İmolada komanda ilə testlərdən sonra növbəti addımı atdığıma, qazandığım təcrübədən yararlanacağıma və aktual maşınla daha yaxından tanış olacağıma görə şadam. Sessiyanı mümkün qədər səmərəli keçirməyə, komanda ilə sıx işləməyə və mühəndislərə faydalı əks əlaqə verməyə çalışacağam”.