Çoxu hesab edir ki, 19 yaşlı bolqarıstanlı Formula1-ə hazırdır və o, Racing Bulls komandasında Liam Lousonu əvəzləməyə namizəd sayılır. Qərar verməyə İmolada keçiriləcək testlər kömək edəcək. Avqustun 27-də Tsolov ilk dəfə Formula1 maşınının sükanı arxasına keçəcək – bu, ötənilki VCARB02 olacaq.
Əsas sürücülər – Liam Louson və Arvid Lindblad da İmolaya gələcəklər. Komanda burada mövsümdə son çəkiliş gününü VCARB03-lə keçirəcək.
Bu testlər Tsolova cümə məşqlərində iştirak etmək üçün superlisenziya üzrə tələb olunan xalları toplamağa imkan verəcək.



