Kampos: Tsolov Formula1-də çıxış etməyə layiqdir

Campos komandasının başçısı Formula2-də çıxış edən gənc bolqar Nikola Tsolovun sürətindən və nəticələrindən heyran qalıb: Tsolov Silverstoundə şənbə sprintini və bazar günü əsas yarışı qazanıb. Gələn il hamı, o cümlədən Adrian Kampos da Tsolovdan Racing Bulls-un əsas heyətində çıxış etməsini gözləyir…

Adrian Kampos: “Doğrusunu desəm, bu həftəsonu mən bir məqamda özümü itirdim. Əvvəllər Silverstounda həmişə ciddi problemlərimiz olurdu, belə nəticəni gözləmirdim. Biz əmin idik ki, bu həftəsonu cari mövsümdə bizim üçün ən zəif nəticə olacaq, amma nəticələrə görə indiyə qədər ən yaxşısı oldu.

Gözlənildiyi kimi, məşq bizim üçün asan keçmədi, amma sonra komanda vəziyyəti dəyişməyi bacardı və bazar günü biz sadəcə hamıdan sürətli idik.

Hər şeyi Nikola dəyişdirdi. Biz, adətən olduğu kimi, lazım olan hər şeyi etdik, ona yaxşı maşın verdik, amma məhz o, həlledici töhfəni verdi. O bunları çox rahatlıqla edir və bu hamını təəccübləndirir. Mən çox ümid edirəm ki, Tsolovun Formula1-də debüt şansı olacaq. O buna həqiqətən layiqdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*