Zeyn Məloni Formula2-də debüt edəcək

Formula3 çempionatının vitse-çempionu Zeyn Məloni Əbu Dabi mərhələsində Formula2-də debüt edəcək.

F-1.az xəbər verir ki, barbadoslu sürücü həftəsonu Trident komandası ilə yarışacaq. Zeyn gələcək karyerası barədə düşünmək üçün mərhələni buraxmaq qərarına gəlmiş Kalan Vilyamsı əvəz edəcək.

Zeyn Məloni: “Əbu Dabidə sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm. Mənim üçün bu, mövsümün sonuna qədər yeni bir şey öyrənmək və gələcəyə hazırlaşmaq şansıdır.

Trident ilə Formula3-də əla mövsüm keçirdim və indi Formula2-də komanda üçün sürməkdən həyəcanlıyam. Qarşıdakı həftəsonunu və trasda əlimdən gələni göstərmək üçün heyrətamiz fürsəti səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, noyabrın 18-20-də Əbu Dabidə Formula2 mövsümünün final mərhələsi keçiriləcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*